AMEA-nın vitse-prezidenti Azərbaycanın tarixi abidələri ilə bağlı işlərin sistemli şəkildə aparılmamasından narazıdır

Posted by

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli ölkəmizin tarixi abidələri ilə bağlı işlərin sistemli şəkildə aparılmamasından narazıdır.

Trend-in məlumatına görə, İ.Həbibbəyli “Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın tədqimatına həsr olunan tədbirdə çıxışı zamanı deyib ki, bu proqramın sistemli şəkildə icrası üçün işçi qrupu, yaxud bir mərkəzin yaradılması yaxsı olardı.

Hazırda Azərbaycanın 699 abidəsinin Ermənistanın işğalı altında olduğunu deyən vitse-prezident bu abidələrlə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlərin sistemli olmamasından təəssüfləndiyini söyləyib: “Akademiyanın İnsan Hüquqları İnstitutu dünya ictimaiyyətinə çatdırmaq üçün abidələrlə bağlı nəşrlər hazırlayır. Ancaq etiraf edək ki, bu işlər sistemli şəkildə aparılmır. Hər bir qurum bu işi ayrı-ayrılıqda aparır. Bu işlərin sistemli şəkildə aparılması tələb olunur”.

İ.Həbibbəyli abidələrimizin təsnifatlaşdırılmasının da vacib olduğunu söyləyib. O qeyd edib ki, bu işin nəticəsində Azərbaycanın dünya əhəmiyyətli abidələri müəyyənləşər.

Trend.az