AMEA-dan gənclər üçün Prezident Mükafatına təqdim olunacaq namizədlər təsdiqlənib

Posted by

AMEA-dan gənclər üçün Prezident Mükafatına təqdim olunacaq namizədlər təsdiqlənibAMEA-dan gənclər üçün Prezident Mükafatına təqdim olunacaq namizədlər təsdiqlənib

AMEA-dan gənclər üçün Prezident Mükafatına təqdim olunacaq namizədlər təsdiqlənib

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) gənclər üçün Prezident Mükafatına təqdim olunacaq namizədlər təsdiqlənib. APA-nın xəbərinə görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

 

İclasda akademik Rasim Əliquliyev “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunacaq gənc alimlər haqqında da məlumat verib. O qeyd edib ki, namizədlərin seçiminin növbəti mərhələsini təşkil etmək məqsədi ilə AMEA prezidentinin sərəncamı ilə daimi fəaliyyət göstərən Ekspert komissiyası yaradılıb. Komissiyanın iclasında bölmə bürolarından təqdim olunan 14 nəfər gəncin qiymətləndirilməsi həyata keçirilib. Müzakirələrdən sonra 4 nəfər gənc alim “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunmaq üçün AMEA Rəyasət Heyətinə tövsiyə edilib. Sonda “Gənclər üçün Prezident Mükafatı”na təqdim edilən 4 nəfər gənc alimin namizədliyinin Azər­bay­can Respublikası Gənclər və İdman Nazirliyinə təqdim edilməsi qərara alınıb.

 

Trend.az