AMEA-da yeni komissiya yaradılıb

Posted by

AMEA-da yeni komissiya yaradılıbAMEA-da yeni komissiya yaradılıb

AMEA-da yeni komissiya yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni komissiya yaradılıb.

 

APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

 

AMEA-nın Elmi Nailiyyətlər Sərgisinin təşkili üzrə Komissiya daimi fəaliyyət göstərəcək. Yeri yaradılan komissiyaya AMEA-nın həqiqi üzvü Hətəm Quliyev sədrlik edəcək.

 

İclasda komissiyanın sədri Hətəm Quliyev bildirib ki, AMEA Mərkəzi Kitabxanasında hər bölmənin öz sərgisi təşkil ediləcək: “Bunun üçün də hər bölmə üzrə işçi qrupa ehtiyac var. İlboyu institutlardan gələn təkliflər qəbul ediləcək və seçilərək müxtəlif mövzularda sərgilər təşkil ediləcək. Elə elmi nailiyyətlər var ki, onları sərgilərlə cəmiyyətə çatdırmaq lazımdır. Müxtəlif sərgilər təşkil etməklə əldə olunan yenilikləri, ümumilikdə Azərbaycanı tanıda bilərik”.

 

Trend.az