Şamaxı və ətraf rayonlarda yaşayan vətəndaşların nəzərinə

Posted by

Şamaxı və ətraf rayonlarda yaşayan vətəndaşların nəzərinəŞamaxı və ətraf rayonlarda yaşayan vətəndaşların nəzərinə

Şamaxı və ətraf rayonlarda yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il fevralın 13-də saat 11:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 

Trend.az