Almaniyanın Azərbaycandakı səfiri Berlində keçirilən səfirlərin konfransında iştirak edir

Posted by

Almaniyanın Azərbaycandakı səfiri Berlində keçirilən səfirlərin konfransında iştirak edirAlmaniyanın Azərbaycandakı səfiri Berlində keçirilən səfirlərin konfransında iştirak edir

Almaniyanın Azərbaycandakı səfiri Berlində keçirilən səfirlərin konfransında iştirak edir

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel ‬Berlində, Almaniyanın xarici işlər nazirliyində keçirilən səfirlərin konfransında iştirak edir.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın Azərbaycandakı Səfirliyinin rəsmi facebook səhifəsində bildirilib.

Qeyd edək ki, avqustun 25-i başlayan və 28-ə kimi davam edəcək konfransda Almaniyanın müxtəlif ölkələrə akreditə olunmuş səfirləri və konsulları, eyni zamanda görkəmli siyasətçilər, biznes nümayəndələri və ekspertlər iştirak edir.

Bu il sözügedən konfransın mövzusu “2014-cü ilin təhlili – Almaniya xarici siyasətinə yeni baxış”dır. (Review 2014 – A Fresh Look at German Foreign Policy )

Konfrans çərçivəsində keçirilən forum və seminarlarda Almaniyadan və digər ölkələrdən olan ekspertlər səfirlər ilə birgə xarici siyasətin cari məsələrini müzakirə edəcəklər.

 

Trend.az