Almaniyada Xocalı soyqırımına həsr olunmuş tədbirlərə bu ölkənin siyasi ictimaiyyəti də dəstək göstərir

Posted by

Almaniyada Xocalı soyqırımına həsr olunmuş tədbirlərə bu ölkənin siyasi ictimaiyyəti də dəstək göstərir

Almaniyada Xocalı soyqırımına həsr olunmuş tədbirlərə bu ölkənin siyasi ictimaiyyəti də dəstək göstərir

Almaniyada Xocalı soyqırımına həsr olunmuş tədbirlərə bu ölkənin siyasi ictimaiyyəti də dəstək göstərir

XX əsrin ən qanlı soyqırımlarından biri kimi tarixin qara səhifəsinə düşən Xocalı soyqırımına həsr olunmuş tədbirlər Almaniyada da gerçəkləşdirilməkdədir. Almaniyada yaşayan fəal soydaşımız Akif Məmmədov SİA-ya verdiyi açıqlamasında bildirib ki, artıq bu istiqamətdə bir sıra anım tədbirləri reallaşdırılıb və bu təşəbbüs ölkənin siyasi ictimaiyyəti tərəfindən də dəstəklənir: “Fevralın 22-də saat 19:00-da Almaniyanın SDP partiyasının Nürenberqdən olan deputatları, bələdiyyə başçıları Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Artıq Xocalı soyqırımının reallığını əks etdirən müxtəlif stendlər, şüarlar və plakatlar da hazırlanıb və kütləvi yürüşdə onlar iştirakçılara paylanacaq. Türkiyə konsulluğunun nümayəndələri, eyni zamanda türk deputatlar da bu işdə fəallara yaxından dəstək verirlər. Biz Azərbaycanın haqq səsinə səs verənlərə dərin minnətdarlığımızı bildiririk”.

Akif Məmmədov eyni zamanda bildirib ki, yürüşdən sonra Almaniyanın SDP partiyasının tədbirində Xocalı soyqırımı ilə bağlı fikirlər səsləndiriləcək: “Almaniyanın siyasi ictimaiyyəti, bizə dəstək olan SDP təmsilçiləri Azərbaycana səfər edəcəklərini, Xocalı faciəsində əlil olmuş soydaşlarımızla görüşmək və yardımda bulunmaq istədiklərini də bildiriblər”.

Xatırladaq ki, bir neçə gün öncə, Almaniyanın müxtəlif şəhərlərində “Xocalıya ədalət”, “Qarabağ torpaqları erməni işğalından azad olunmalıdır” şüarları altında avtomobil yürüşləri keçirilib. Nəzərdə tutulub ki, fevralın 22-də və 26-da böyük yürüşlər keçirilsin.

Akif Məmmədov eyni zamanda bildirdi ki, 29-31 mart tarixlərində azərbaycanlıların soyqırımı günlərinə də həsr olunmuş bu kimi tədbirlərin keçirilməsi planlaşdırılıb.

 

sia.az