Almaniya Bundestaqı Xocalı soyqırımı ilə bağlı petisiyanı qeydiyyata alıb
Almaniya Bundestaqına Xocalı soyqırımı ilə bağlı təqdim olunan petisiya qeydiyyata götürülüb. Bu barədə Trend-ə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova məlumat verib.
Onun sözlərinə görə, petisiya Bundestaqın arxivləşdirilməsinə verilib. O, ümid edir ki, müəyyən prosedurlardan sonra petisiya Bundestaqda qəbul ediləcək.
Xanım S.Patzer-İsmayılova qeyd edib ki, hər il Beynəlxalq İnsan Hüquqları Günü Xocalıdan olan soydaşlarımızın yaşamaq hüququnun təmini üçün Bundestaqa müraciətlər edilir.
Trend.az