Allahşükür Paşazadə Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Posted by

Allahşükür Paşazadə Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

 

Allahşükür Paşazadə Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Allahşükür Paşazadə Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqi səfirin xahişi ilə qəbul edib.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Şeyxülislam Azərbaycanda dini icmalar arasında hökm sürən xoş münasibətlər və səmərəli əməkdaşlıq mühiti barədə məlumat verib.

 

Britaniya səfiri Azərbaycanda müxtəlif dini icmalar, o cümlədən müsəlman icmaları arasında pozitiv, harmonik münasibətlərin mövcudluğunu yüksək qiymətləndirdiyini Şeyxülislama bildirib və bunun böyük dəyər olduğunu xüsusi vurğulayıb. Dünyəvi dövlət olan Azərbaycanda dinin inkişafı, tarixi-mənəvi irsin və ənənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsinin prioritet olması, dini icmaların qayğılarına diqqət və ehtiramla yanaşılması, tolerantlıq, multikulturalizm ideyalarına sadiqliyimizin, nəticə etibarilə Azərbaycanın beynəlxalq miqyasda nümunəvi məkana çevrilməsini şərtləndirdiyini qeyd edən A.Paşazadə Azərbaycanın bu sahədə bir çox uğurlu tədbirlərə ev sahibliyi etməsi barədə səfirə məlumat verib. Gələcəkdə də belə tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdıran Şeyxülislam Böyük Britaniyadan olan din xadimlərinin həmin tədbirlərdə daha yaxından iştirakını arzuladığını bildirib. A.Paşazadə dini mərkəz olaraq QMİ-nin dünyanın bir çox dini mərkəzləri ilə yaxından əlaqə saxladığını qonağın diqqətinə çatdırıb.

 

Görüşün sonunda Şeyxülislam A.Paşazadə səfirə QMİ-nin fəaliyyətini əks etdirən kitab və albom, habelə xatirə hədiyyəsi təqdim edib.

 

Apa.az