Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişikliklər edilib

Posted by

Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişikliklər edilibAli təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişikliklər edilib

Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişikliklər edilib

Nazirlər Kabineti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərara bir sıra dəyişiliklər edilməsi barədə qərar verib.

 

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qərarda qeyd olunur ki, qərarda yer alan “səviyyəsində” sözü “və tibb təhsili üzrə əsas təhsil səviyyələrində”, “(rezidentura) səviyyəsində” sözləri “və rezidentura səviyyələrində”, “(rezidentura)” sözü “, tibb təhsili üzrə əsas təhsil və rezidentura” sözləri ilə əvəz edilməlidir.

 

Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavədə isə – “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı”nın adında “səviyyəsində” sözü “və tibb təhsili üzrə əsas təhsil səviyyələrində”, həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”nın adında “(rezidentura) səviyyəsində” “və rezidentura səviyyələrində” sözləri ilə əvəz ediləcək.

 

Dəyişikliklərə görə, həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” üzrə: 6.1. adında, 1.1-ci, 4.1-ci, 4.2-ci bəndlərində, 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncündə “(rezidentura)” sözü “, tibb təhsili üzrə əsas təhsil və rezidentura” sözləri ilə əvəz olunacaq.

 

6.2. 1.3-cü bənd üzrə: 6.2.1. “bakalavriat” sözündən sonra “və tibb təhsili üzrə əsas təhsil” sözləri əlavə ediləcək. 6.2.2. “(rezidentura)” sözü “və rezidentura”, 6.2.3. ikinci cümlə çıxarılacaq, 6.3. 5.4-cü bəndə “bakalavriat” sözündən sonra “və tibb təhsili üzrə əsas təhsil” sözləri əlavə ediləcək və həmin bənddə “(rezidentura) səviyyəsindən” sözləri “və rezidentura səviyyələrindən”sözləri ilə əvəz ediləcək.

 

Trend.az