Ali Rada Ukraynanın azadlığı uğrunda mübarizə haqqında Bəyannamə qəbul edib

Posted by

Ali Rada Ukraynanın azadlığı uğrunda mübarizə haqqında Bəyannamə qəbul edib

Ali Rada Ukraynanın azadlığı uğrunda mübarizə haqqında Bəyannamə qəbul edib

Ali Rada Ukraynanın azadlığı uğrunda mübarizə haqqında Bəyannamə qəbul edib

Ali Rada martın 20-də Ukraynanın azadlığı uğrunda mübarizə haqqında Bəyannamə qəbul edib.

 

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Bəyannamədə dünya parlamentlərinin və hökumətlərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, Ukrayna xalqı ölkənin ayrılmaz hissəsi olan, Rusiyanın beynəlxalq hüququn fundamental normalarını və ölkələrin mövcudluğuna dair qəbul olunmuş beynəlxalq prinsipləri kobudcasına pozaraq, Krım Muxtar Respublikasını ilhaq etməsi ilə heç vaxt razılaşmayacaq.

 

Ali Rada beynəlxalq birliyin bütün üzvlərinə müraciət edərək, “Krım Respublikası”nı tanımaqdan, Krımın və Sevastopolun yeni federasiya subyekti kimi Rusiyanın tərkibinə qatılmasını qəbul etməkdən çəkinməyi xahiş edib.

 

Ali Rada xalqın adından bəyan edib ki, Krım hər zaman Ukraynanın tərkibində olub və olacaq. Ukrayna xalqı heç vaxt və heç bir şərt qarşılığında Krımın işğalçılardan azad olunması uğrunda mübarizədən geri çəkilməyəcək.

 

Bəyannamədə qeyd olunur ki, Rusiya təkcə Ukraynanın suverenliyi haqqında qanunu deyil, beynəlxalq hüququn fundamental normalarını, BMT, Avropa Şurası, ATƏT, MDB sənədlərini, Ukraynanın təhlükəsizliyinin təminatına dair 1994-cü ildə bağlanmış müqaviləni, eləcə də Moskva və Ukrayna arasında imzalanmış, əməkdaşlıq və tərəfdaşlıq haqqında 1997-ci il sazişini pozub.

 

Apa.az