Ali məktəblərin plan yerlərinin 6 555-i vakant qalıb
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında dövlət və özəl ali təhsil müəssisələri üçün ayrılmış plan yerlərinin 83, 12 faiz dolub və 6 555-i vakant qalıb.
Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Onun sözlərinə görə, vakant yerlər “Abituriyent” jurnalının bugün çıxacaq 8-ci sayında açıqlanacaq. Vakant yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Bu mərhələdə eyni zamanda 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi də həyata keçiriləcək. E.Nağızadə qeyd edib ki, bu ildən 11 illik təhsil bazasından kolleclərə tələbə qəbulu buraxılış imtahanı əsasında keçirilir. Bu müsabiqədə iştirak etmək hüququna malik olan məzunlar qeyd edilən müddətdə kolleclərin də ixtisaslarını seçə bilərlər.
Trend.az