Ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri ilə bağlı qısamüddətli kurslar açılıb

Posted by

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kursların açılışı olub.

APA-nın verdiyi məlumata görə, 18-28 fevral tarixlərində davam edəcək kursların ilk dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri olublar.

Akademiyanın rektoru Urxan Ələkbərov bu kursların gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına töhfə verəcəyini bildirib. Kurslarda ilk olaraq Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, tarix elmləri doktoru Kərim Şükürov “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri” mövzusunda mühazirələr oxuyublar.

Kursların sonunda dinləyicilərə müvafiq sertifikatların verilməsi nəzərdə tutulub.

Apa.az