Aleksis Şahtaxtinski: “Dini radikalizm beynəlxalq təhlükəsizliyə təhdiddir”

Posted by

Aleksis Şahtaxtinski: “Dini radikalizm beynəlxalq təhlükəsizliyə təhdiddir”

Aleksis Şahtaxtinski: “Dini radikalizm beynəlxalq təhlükəsizliyə təhdiddir”

Aleksis Şahtaxtinski: “Dini radikalizm beynəlxalq təhlükəsizliyə təhdiddir”

“Son iki gün ərzində 40-dan çox çıxışçını dinlədik, dözümsüzlük, dini dözümlülüyün təsirləri barəsində danışdıq”.

 

APA-nın xəbərinə görə, bunu dini tolerantlığın möhkəmləndirilməsinə həsr olunmuş konfransdakı yekun çıxışında ATƏT-in Bakı ofisinin layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski deyib.

 

A. Şahtaxtinski hazırda ATƏT məkanında müxtəlif problemlərin müşahidə olunduğunu bildirib: “Antisemitizm, artan islamofobiya bizi narahat edən reallıqdır. Artıq insanlar özlərini təhlükəsiz hiss etmirlər, bəzi hallarda doğulduqları ölkələri tərk etməyə məcburdurlar. İqtisadi problemlər demokratik dəyərlərə təhlükədir. Bu məsələləri gələcəkdə həll etmək üçün problemin dərininə nəzər salmalı, niyə yaranmasına baxmalıyıq. Dinlərin verdiyi mesajları, tolerantlıq ideallarını yaymaq lazımdır. Dini dözümsüzlük, radikalizm beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdir. Ona görə də, buna uyğun tədris proqramları hazırlanmalıdır ki, burada müzakirə etdiyimiz dəyərlər yayılsın. Mən Azərbaycan Təhsil Nazirliyi ilə birgə bu istiqamətdə işləməyi planlaşdırıram, bu, yeni layihədir. Dini tolerantlıqla bağlı tədbirlər keçirməliyik. Azərbaycanda bu sahədə vəziyyət yaxşı olsa da, gələcək nəsilləri düşünməliyik. Biz üsullar tapmalıyıq ki, gəncləri dinlə bağlı müzakirələrə cəlb edək. Dini icmalar dini tolerantlığın möhkəmlənməsində vacib rol oynaya bilər. Təşəbbüs var idi ki, müsəlman, xristian, yəhudi məktəblərində dinlər barədə məlumat yayılsın. Dini icmalar arasında əməkdaşlıq olsa, bu da radikallığın qarşısını ala bilər. Beynəlxalq səviyyədə isə dövlətlər ən yaxşı praktikalarını bölüşə bilərlər. ATƏT öz töhfəsini verəcək. Sülhün bərqərar olması üçün əməkdaşlığa hazırıq”.

 

Trend.az