Akif Əlizadə akademiyanın elmi bölmələrini tənqid edib

Posted by

Akif Əlizadə akademiyanın elmi bölmələrini tənqid edibAkif Əlizadə akademiyanın elmi bölmələrini tənqid edib

Akif Əlizadə akademiyanın elmi bölmələrini tənqid edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə akademiyanın elmi bölmələrini tənqid edib.

 

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında A.Əlizadə qeyd edib ki, bugünkü iclasda akademik bölmələrinin katiblərinin bir çoxu iştirak etmir: “Təəssüf ki, institutlar, elmi bölmələr reklam materialları və broşurlar hazırlamır, onları AMEA rəhbərliyinə təqdim etmirlər. Bu yaxınlarda Almaniyada səfərdə oldum. Səfərə gedərkən akademiyanın institutları haqqında məlumat bukletləri apara bilmədim. Bukletləri hazırlayarkən də bu işləri o qədər həvəssiz görürlər ki, onu kiməsə təqdim etməyə utanırsan”.

 

Akademik Rasim Əliquliyev də institutların tanınması üçün yeni addımların atılmalı olduğunu qeyd edib: “İnstitutların giriş lövhələri, onlar barədə yayılan məlumatların stili və forması dəyişilməlidir. Bununla bağlı hər bir institut rəhbərliyi müvafiq işlər görməlidir”.

 

APA.az