Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu 2015-ci ildə davam etdiriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyulun 7-də Xızı rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da Quba, Şabran, Siyəzən, Xaçmaz, Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.
AzərTac.az