Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları qəbul etmişdir

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova fevralın 18-də Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhərindən, Salyan, Neftçala, Hacıqabul, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbulda vətəndaşların müraciət və təklifləri əsasən sosial-məişət xarakterli olmuşdur. İşlə təminat, erkən nikahlar, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinət, xəstəliklərin müalicəsi və digər məsələlərlə bağlı müraciətlərin bir qismi yerindəcə həll olunmuşdur.

AQUPDK-nın departament rəhbərlərinin də iştirak etdikləri qəbulda komitə sədri yerlərdə həlli mümkün olan təkliflərlə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar vermişdir.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə görülmüşdür.

AzərTac.az