Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 58-ci sessiyasında çıxış edəcəkdir

Posted by

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 58-ci sessiyasında iştirak etmək üçün Nyu-York şəhərinə yola düşəcəkdir.

Komitədən AzərTAc-a bildirmişlər ki, martın 10-dan 21-dək keçiriləcək sessiyada dövlət və hökumət nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edəcəklər.

Səfər çərçivəsində BMT-nin əhali və uşaq fondlarının rəhbərləri ilə görüş də nəzərdə tutulmuşdur.

Komitənin sədri Hicran Hüseynovanın sessiyanın açılışında çıxışı nəzərdə tutulmuşdur.

Sessiya çərçivəsində qızların və qadınların hüquqlarının müdafiəsi, İstanbul Konvensiyasının qəbulu, məişət zorakılığının qarşısının alınması, qadınların reproduktiv hüquqlarının müdafiəsi, QHT-lərin fəaliyyəti və digər məsələlər müzakirə ediləcəkdir.

AzərTac.az