Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin növbəti qəbulu Masallıda keçiriləcək
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Hicran Hüseynova sentyabrın 4-də saat 11:45-də Masallı rayonu, Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək.
Qəbulda Cəlilabad, Lənkəran, Astara, Lerik, Biləsuvar, Yardımlı, Cəbrayıl rayonlarından olan vətəndaşlar da iştirak edəcək.
AZƏRTAC