Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin Göygöl şəhərində vətəndaşları qəbulunun vaxtı dəyişdirilib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın yanvarın 23-də Göygöl şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Komitənin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbul yanvarın 26-da keçiriləcəkdir.
AzərTac.az