Ağsaqqallar Şurasının qurultayı keçirilir

Posted by

Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı başlayıb.

APA-nın xəbərinə görə, qurultaydan əvvəl Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Qurultayda Heydər Əliyev, habelə müstəqillik uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların ruhu yad edilib.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, 203 qurultay iştirakçısından 198-i toplantıya qatılıb.

Qurultay işini gündəliyə uyğun davam etdirir.