Afinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun toplantısı keçiriləcək

Posted by

Afinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun toplantısı keçiriləcək

 

Afinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun toplantısı keçiriləcək

Afinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun toplantısı keçiriləcək

 

Afinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun toplantısı keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə Yunanıstanın paytaxtı Afina şəhərində növbəti görüş keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsilçisi və Yunanıstanın sabiq xarici işlər naziri, millət vəkili və Avropa Şurasının Siyasi məsələlər və demokratiya komitəsinin sədri xanım Dora Bakoyannis arasında baş tutan müzakirələrdə Dora Bakoyannis bildirib: “Biz daxilən müştərək cəmiyyətə çevrilməyik və ən önəmlisi, müştərək regional və beynəlxalq dəyərləri, maraqları təbliğ etməliyik. Bu dünya qarşılıqlı əlaqəyə əsaslanır və bu dəyərlərin təbliği, qorunması üzərində işləməliyik. Azərbaycan bir ölkə olaraq daim Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayıb və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu əhəmiyyətli rolun möhkəmləndirilməsi və təbliğ olunması istiqamətində vacib rola malik ola bilər. Artıq təxirəsalınmaz işlərin həyata keçirilməsinin tam vaxtıdır”.

Daha sonra Azərbaycan və Yunanınstan münasibətlərinə toxunan D.Bakoyannis əlavə edib ki, Afinada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun toplantısının keçirilməsi Yunanıstan və Azərbaycan arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə, nəinki enerji resursları, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən mədəniyyətlərarası dialoq və digər humanitar sahələrdə birgə fəaliyyətin inkişafına təkan verəcək.

Qeyd edək ki, 19-21 fevral tarixində Afinada keçiriləcək II Ali Hazırlıq Toplantısında Latviyanın sabiq Prezidenti, Madrid Klubunun prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku və digər tanınmış beynəlxalq liderlərin iştirakı planlaşdırılır.

 

Trend.az