ADİU ilə Yunanıstan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Posted by

ADİU ilə Yunanıstan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıbADİU ilə Yunanıstan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

ADİU ilə Yunanıstan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutunun (QMTTİ) nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.

 

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yunanıstan nümayəndələri ilə görüşdən məmnunluğunu bildirən ADİU-nun rektoru, professor Ədalət Muradov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Onlara universitetin beynəlxalq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan mütəxəssisləri ilk dəfə olaraq xaricdə kadr hazırlığı prosesinə qoşulur. Həmçinin, Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə ADİU-nun professor-müəllim heyətinin birgə magistr hazırlığı həyata keçirəcəyini də qeyd edib. Rektor universitetin imicinin yaxşılaşdırılması, professor-müəllim heyətinin peşəkarlığının daha da artırılması və dünya təcrübəsinin öyrənilməsi baxımından bu əməkdaşlığın önəmli olduğunu vurğulayıb.

 

Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutunun prorektoru Siskos Evangelos ADİU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

 

Sonra ADİU ilə Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu arasında “Neft və qazın idarə olunması və nəqli” üzrə Magistr proqramına dair beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb.

 

İmzalanan sənəddə universitetlər arasında tələbə və müəllim mübadiləsi, akademik əməkdaşlıq, təcrübə və informasiya mübadiləsi, konfransların, seminarların keçirilməsinə dair məsələlər öz əksini tapıb. Həmçinin, Avropa qrant layihələri çərçivəsində birgə elmi tədqiqatların aparılması, qarşılıqlı mədəni əlaqələrin artırılması da sənəddə qeyd olunub.

 

Apa.az