ADİU ilə Türk Akademiyası arasında anlaşma memorandumu imzalanıb
Dekabrın 19-da Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.
Universitetdən APA-ya verilən məlumata görə, ADİU-nun rektoru, professor Ədalət Muradov universitetin professor-müəllim və tələbə heyətinə Türk Akademiyası haqqında ətraflı məlumat verib.
O bildirib ki, Akademiya türk dünyasının strateji inkişaf istiqamətləri üzrə fundamental tədqiqatlar aparan qurumdur.
Daha sonra çıxış edən D. Kıdırali çıxışında türk dünyasında mütərəqqi fikir ortaya qoyan dahilərin bir çoxunun Azərbaycandan olduğunu bildirib.
Sonra qonaq ADİU-nun professor-müəllim və tələbə heyətinin suallarını cavablandırıb.
Tədbirin sonunda ADİU ilə Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatlar və təhsil layihələrinin mütəmadi keçirilməsi haqqında anlaşma memorandumu imzalanıb.
Apa.az