ADA Universitetində kitabxana-informasiya mövzusunda 1-ci beynəlxalq elmi konfrans keçirilib

Posted by

ADA Universitetində kitabxana-informasiya mövzusunda 1-ci beynəlxalq elmi konfrans keçirilib

 

ADA Universitetində kitabxana-informasiya mövzusunda 1-ci beynəlxalq elmi konfrans keçirilib

ADA Universitetində kitabxana-informasiya mövzusunda 1-ci beynəlxalq elmi konfrans keçirilib

 

Bu gün ADA Universitetində Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nəaliyyətlərin tətbiqi mövzusunda 1-ci beynəlxalq elmi konfrans keçirilib.

 

Trend-in məlumatına görə, konfransda ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitabxana sahəsində fəaliyyət göstərən mütəxəsislər və xarici qonaqlar iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan H.Paşayev kitabxana işinin vacibliyindən danışıb. ADA Universitetinin rektoru qeyd edib ki, ADA Universitetinin də yaranması məhz kitabxanadan başlayıb: “Bu Universitet üçün kampus tikmək haqqında fikirləşərkən də ilk mərkəz nöqtəsi kitabxana oldu”.

 

H.Paşayev vurğulayıb ki, hər bir təhsil ocağının əsasını kitabxana təşkil edir.

 

Onun sözlərinə görə, ADA Universitetini yaradarkən xaricdən dəvət edilən mütəxəssis də kitabxana məsələlərini öz üzərinə götürdü.

H.Paşayev həmçinin kitabxana işinə daha böyük diqqət ayrılmasının vacibliyini vurğulayıb.

Sonra nazir Ə.Qarayev kitabxanaların mövcud durumuna dair çıxış edib.

Daha sonra çıxış edən ADA Universitetinin Tədris işləri üzrə prorektoru Patrik Kvin bildirib ki, kitabxanaların vacibliyi getdikcə artmaqdadır. Onun sözlərinə görə, kitabxana insanların intellektual inkişafı üçün olduqca vacibdir: “Yəni kitabxana olmadan hər hansı bir inkişafdan, tərəqqidən söhbət açmaq mümkünsüzdür. Kitabxanaçılar pula görə kitabxanaçı olmurlar. Biz bu işi daha gözəl dünya yaratmaq üçün seçirik”.

 

Daha sonra tədbir sessiyalarla davam etdirilib. Konfrans işini aprelin 2-də yekunlaşdıracaq.

 

Trend.az