“ADA” Universitetində keçirilən seminarda “Silahlı qoşunlara Əfqan kontekstində mülki baxış” mövzusu müzakirə edilmişdir

Posted by

“ADA” Universitetində keçirilən seminarda “Silahlı qoşunlara Əfqan kontekstində mülki baxış” mövzusu müzakirə edilmişdir

“ADA” Universitetində keçirilən seminarda “Silahlı qoşunlara Əfqan kontekstində mülki baxış” mövzusu müzakirə edilmişdir

“ADA” Universitetində keçirilən seminarda “Silahlı qoşunlara Əfqan kontekstində mülki baxış” mövzusu müzakirə edilmişdir

Martın 3-də “ADA” Universitetində “Silahlı qoşunlara Əfqan kontekstində mülki baxış” mövzusunda seminar keçirilmişdir.

 

AzərTAc xəbər verir ki, Əfqanıstanın Müdafiə Nazirliyindən rəsmi şəxslərin, “ADA” Universitetinin nümayəndələrinin iştirak etdikləri seminarda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov çıxış etmişdir.

Əfqanıstanın dini ideologiyadan azad və demokratik prinsiplər əsasında dövlət qurmaq üçün imkan əldə etdiyini bildirən xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizin Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyi xüsusilə vurğulamışdır.

Əfqanıstanda mövcud olan təhlükəsizlik çağırışlarının həm regional, həm də beynəlxalq miqyasda çox mühüm məsələ kimi qəbul edilməsinin zəruriliyini vurğulayan A.Əzimov ölkəmizin Əfqanıstanda dövlət quruculuğu prosesinə fəal dəstək verməsinin məmnunluq doğurduğunu bildirmişdir.

Tədbirdə çıxış edən Əfqanıstanın Müdafiə Nazirliyinin hərbi, ümumi siyasət və insan resursları şöbəsinin rəhbəri Mohd Qasem Vardak bu cür tədbirlərin keçirilməsinin iki ölkə arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.

Azərbaycan Hökumətinə minnətdarlığını bildirən M.Vardak ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyərək demişdir: “Əfqanıstan Azərbaycanın son illərdə əldə etdiyi təcrübədən faydalanmaq niyyətindədir. Yüksək səviyyəli ikitərəfli əlaqələr xalqlarımızın ümumi ümidlərini və arzularını əks etdirir. Ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və inama əsaslanan yaxşı əlaqələr mövcuddur. Əminəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri gələcəkdə müxtəlif sahələrdə daha da möhkəmlənəcəkdir”.

Seminarın məqsədi Əfqanıstanın silahlı qüvvələrinə vətəndaş nəzarətinin sistemləşdirilməsi, dövlət quruculuğu prosesi və ümumilikdə bu ölkənin problemləri ilə bağlı məsələlərin həllinə kömək etməkdir.

 

AzərTac.az