Abşeron yarımadasının sürüşmə potensiallı ərazilərinin xəritəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib

Posted by

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadası üzrə sürüşmə potensiallı ərazilərin xəritəsini hazırlayaraq artıq Nazirlər Kabinetinə təqdim edib. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, xəritədə sürüşmə potensiallı ərazilərin konturları və coğrafi koordinatları qeyd edilib. Xəritəyə Abşeron yarımadasındakı 12 sürüşmə ərazisi daxil edilib. Həmin ərazilər Abşeron yarımadasının şərq, qərb, cənub hissələrindədir: “Xəritədə yalnız təhlükəli sürüşmə sahələri deyil, hazırda Bakı şəhərində olan sürüşmə baş vermiş və sürüşməyə meyilli ərazilər də göstərilib. Bu gün Abşeron yarımadasında ən təhlükəli sürüşmə sahələri aktiv olan sürüşmə sahələridir. Həmin ərazilər Zığ, Masazır və s.-dir”.

S.Əmiraslanov deyib ki, hazırda ölkə üzrə sürüşmə potensiallı ərazilərin xəritəsinin hazırlanması üzərində iş aparılır.

Trend.az