ABŞ səfirliyi deputatın separatçı Dağlıq Qarabağ rejiminə yardım göstərilməsi barədə fikirlərinə aydınlıq gətirib

Posted by

ABŞ səfirliyi deputatın separatçı Dağlıq Qarabağ rejiminə yardım göstərilməsi barədə fikirlərinə aydınlıq gətiribABŞ səfirliyi deputatın separatçı Dağlıq Qarabağ rejiminə yardım göstərilməsi barədə fikirlərinə aydınlıq gətirib

ABŞ səfirliyi deputatın separatçı Dağlıq Qarabağ rejiminə yardım göstərilməsi barədə fikirlərinə aydınlıq gətirib

ABŞ-ın Azərbaycandakı səfirliyi millət vəkili Zahid Orucun dekabrın 16-da Milli Məclisdə ABŞ-ın separatçı Dağlıq Qarabağ rejiminə yardım göstərməsi barədə səsləndirdiyi bəzi fikirlərə aydınlıq gətirib.

 

Səfirlikdən APA-ya daxil olan məlumatda bildirilir ki, bir sıra faktorları əks etdirən ABŞ yardımları ümumi yardım məqsədləri kontekstində Konqres tərəfindən müəyyən olunur.

 

“Gələcəkdə göstərilən yardımlar məsələsi hələ də müzakirə olunur. Vurğulamaq istəyirik ki, iqtisadi, demokratiya və bölgə təhlükəsizliyi inkişafı da daxil olmaqla, müxtəlif səpkidə etdiyimiz yardım proqramlarımızı Azərbaycanla əməkdaşlıq şəkilində həyata keçiririk. Bizim yardım proqramlarımız dövlətlərimizin parlaq gələcəyinə qulluq edən və Azərbaycanla tərəfdaşlıq öhdəliyimizin əksidir.

 

Bunu dedikdə biz Dağlıq Qarabağda yaşayan insanlara istiqamətlənən ABŞ-ın yardımlara barədə məlumata aydınlıq gətirmək istəyirik. 1998-ci ildən başlayaraq Konqres xətti ilə Dağlıq Qarabağda yaşayan insanlara humanitar yardım göstərən ABŞ Dağlıq Qarabağın tanınmamış separatçı rejiminə heç bir yardım təqdim etmir.

 

2002-ci ildən bəri ABŞ hökuməti Dağlıq Qarabağda minalardan təmizləmə, evlərin və məktəblərin təmiri, əsas tibb xidmətləri və kənd təsərrüfatı kimi humanitar layihələrin icrasına hər il təxminən 2 milyon dollar xərcləyib. Bu yaxında ayrılan fondlar sırf minalardan təmizləmə layihələri üçün nəzərdə tutulub və birbaşa icraçı təşkilatlara verilib.

 

ABŞ hökumətinin humanitar yardımı həmçinin Azərbaycanda yaşayan ehtiyacı olan insanların, xüsusilə həll olunmamış Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarını tərk etmiş çoxsaylı qaçqın və məcburi köçkünlərə yönəlib. 1993-cü ildən bəri Birləşmiş Ştatlar azərbaycanlı qaçqın və məcburi köçkünlərin ehtiyaclarının ünvanlanması üçün 115 milyon dollar sərf edib”, – deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, deputat Z. Oruc bildirib ki, ABŞ Konqresi Gürcüstana 75, Ermənistana 25 milyon, Azərbaycana isə 23 milyon dollar yardım ayırıb. Bu illər ərzində isə Ermənistana ayrılan yardım 2 milyard, Qarabağ separatçılarına ayrılan yardım isə 83 milyon dollardan artıq olub.

 

Deputat qeyd edib ki, ABŞ bu yardımı kəssə, Qarabağ probleminin həllinə yardımçı olar: “Mən Avropa Birliyi və ABŞ-a müraciət edirəm ki, Ermənistana və Qarabağa yardımı dayandırsın, deputatların səfərlərinə qadağa qoysun”.

 

Apa.az