ABŞ səfirliyi: “Con Kerrinin yaxın vaxtlarda Azərbaycana səfəri nəzərdə tutulmur”

Posted by

ABŞ dövlət katibi Con Kerrinin yaxın vaxtlarda Azərbaycana səfəri nəzərdə tutulmur.

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart C. Kerrinin yaxın günlərdə Azərbaycan və Gürcüstana səfər edəcəyi xəbərinə münasibət bildirərkən deyib.

“Biz ümid edirik ki, o, yaxın bir neçə ay ərzində Azərbaycana səfər edəcək. Ancaq bununla bağlı hələlik konkret plan yoxdur”, – deyə diplomat bildirib.

Qeyd edək ki, “Vestnik Kafkaza” saytı ABŞ dövlət Katibi Con Kerrinin yaxın günlərdə Azərbaycana səfər edəcəyini yazıb. Eyni zamanda Gürcüstan mətbuatı da Con Kerrinin Tbilisiyə səfər edəcəyini bildirib, lakin hər iki mənbə dəqiq tarixi açıqlamayıb. Onun Ermənistana səfər edib-etməyəcəyi barədə isə məlumat yoxdur.

Daha öncə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana səfər etmək niyyətində olduğunu, lakin səfirin tarixinin hələlik müəyyənləşmədiyini deyib.

Apa.az