ABŞ səfiri: “Vacib siyasi qərarları Azərbaycan və Ermənistan prezidentləri verməlidir”

Posted by

ABŞ səfiri: “Vacib siyasi qərarları Azərbaycan və Ermənistan prezidentləri verməlidir"ABŞ səfiri: “Vacib siyasi qərarları Azərbaycan və Ermənistan prezidentləri verməlidir”

ABŞ səfiri: “Vacib siyasi qərarları Azərbaycan və Ermənistan prezidentləri verməlidir"

“ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yollar tapmağa çalışır”. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu səlahiyyət müddəti başa çatan ABŞ-ın Ermənistandakı səfiri Con Heffern yekun mətbuat konfransında deyib.

 

Vasitəçilərin əsas məqsədinin tərəfləri müzakirə üçün bir masaya gətirməkdən ibarət olduğunu qeyd edən diplomat vacib siyasi qərarların prezidentlər səviyyəsində verilməli olduğunu söyləyib: “İkitərəfli əməkdaşlıq üçün başqa formatlar da var. Həmsədrlər də prezidentlər səviyyəsində təmasları gücləndirəcək bu formatları tapmağa çalışır”.

 

Apa.az