ABŞ səfiri ADA Universitetində mühazirə oxuyub

Posted by

ABŞ səfiri ADA Universitetində mühazirə oxuyub

 

ABŞ səfiri ADA Universitetində mühazirə oxuyub

ABŞ səfiri ADA Universitetində mühazirə oxuyub

 

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Diplomatik Akademiyası (ADA) Universitetinin tələbələri qarşısında mühazirə oxuyub. APA-nın xəbərinə görə, “Qlobal perspektivlər və seminarlar” layihəsi çərçivəsində təşkil edilən mühazirənin mövzusu “Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı” olub.

 

Diplomat deyib ki, hər ölkə öz iqtisadiyyatını inkişaf etdirməyə çalışmalıdır: “Azərbaycan özünü bölgənin iqtisadi lideri kimi təqdim edir, ÜTT-də üzvlük bu məqsəd üçün yardımçı ola bilər. ÜTT-də iştirak iqtisadi inkişaf üçün əlavə imkanlar açır və ölkədə əlverişli biznes mühiti yaradılmasına kömək edir. Rəqabətin artması qiymətlərin enməsinə gətirib çıxarar və bu, azərbaycanlı istehlakçıların rifah halına müsbət təsir göstərər”.

 

R. Mornninqstar qeyd edib ki, ABŞ ÜTT-yə üzvlük üçün aparılan islahatlarda Azərbaycana yardım etməyə hazırdır: “Hətta Azərbaycan heç vaxt ÜTT üzvü olmasa belə, bu islahatlar ölkənin inkişafı üçün yararlıdır”.

 

Apa.az