ABŞ-ın Nyu Meksika ştatı Senatının nümayəndə heyəti Azərbaycanla bağlı sənədlərin nümunələrini təqdim ediblər
Bu gün Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov ABŞ-ın Nyu Meksika ştatı Senatının nümayəndə heyəti ilə görüşüb.
Trend-in məlumatına görə, Milli Məclisin plenar iclasında bu barədə məlumat verən O.Əsədov qeyd edib ki, görüşdə nümayəndə heyəti bir neçə sənədlərin nümunələrini də təqdim ediblər.
O.Əsədov bildirib ki, sənədlərə Xocalı qətliamı haqqında Senatın qətnaməsinin nümunəsi, Senatın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağın tanınmamış respublika olduğunu göstərən sənədin nümunəsi və Azərbaycanın 28 May – Respublika Gününün Nyu Meksika ştatında Azərbaycanın Milli Günü elan edilməsi barədə sənədin nümunəsi daxildir.
Spiker Nyu Meksika ştatının rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, görüşdə Azərbaycan ilə Nyu Meksika ştatı arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Trend.az