ABŞ-ın İndiana ştatı Xocalı qətliamını tanıyıb

Posted by

ABŞ-ın İndiana ştatı Xocalı qətliamını tanıyıb

ABŞ-ın İndiana ştatı Xocalı qətliamını tanıyıb

ABŞ-ın İndiana ştatı Xocalı qətliamını tanıyıb

Martın 3-də ABŞ-ın İndiana ştatının Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş Qətnamə qəbul olunub.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, sənəddə 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal etməsi və burada 600-dən artıq günahsız insanın, o cümlədən çoxsaylı qadın və uşaqların qətlə yetirilməsi qeyd olunur.

 

Qətnamədə bildirilir ki, Azərbaycan Respublikasının əraziləri, BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının bunu qəti şəkildə pisləyən qətnamələrinə baxmayaraq, bu günədək Ermənistanın işğalı altındadır.

 

Qətnamənin surətinin ABŞ Prezidenti, Senatı, Nümayəndələr Palatası, Dövlət Departamenti və Bakıdakı səfirliyinə göndəriləcəyi qeyd olunur.

 

Beləliklə, İndiana ABŞ-ın Xocalı qətliamını tanıyan 15-ci ştatı olub.

 

Qeyd edək ki, keçən il Xocalı qətliamına həsr olunmuş qətnamələr Texas, Nyu Meksiko, Tennessi, Oklahoma və Pensilvaniya ştatlarında qəbul edilib.

 

Apa.az