ABŞ-ın müvəqqəti işlər vəkili: “Sekutanın Azərbaycanda səfir postuna namizədliyi Senat tərəfindən təsdiqlənməlidir”

Posted by

ABŞ-ın müvəqqəti işlər vəkili: “Sekutanın Azərbaycanda səfir postuna namizədliyi Senat tərəfindən təsdiqlənməlidir”ABŞ-ın müvəqqəti işlər vəkili: “Sekutanın Azərbaycanda səfir postuna namizədliyi Senat tərəfindən təsdiqlənməlidir”

ABŞ-ın müvəqqəti işlər vəkili: “Sekutanın Azərbaycanda səfir postuna namizədliyi Senat tərəfindən təsdiqlənməlidir”

“ABŞ-ın parlament sisteminə əsasən, yeni səfir Senat tərəfindən təsdiqlənmə prosesindən keçməlidir”.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

 

“Çox sevindirici haldır ki, keçən həftə Senatın Xarici Əlaqələr Komitəsi cənab Sekutanın namizədliyini təsdiqlədi. İndi isə Senat tərəfindən Sekutanın namizədliyinin təsdiqlənməsini gözləyirik”, – deyə D. Hoqan bildirib.

 

Müvəqqəti işlər vəkili qeyd edib ki, Senatın yekun qərarından sonra yeni səfərin Azərbaycana nə vaxt gələcəyi bəlli olacaq.

 

Qeyd edək ki, Azərbaycanda səfir postuna prezident Barak Obama tərəfindən namizədliyi irəli sürülmüş Robert Sekuta (Robert Francis Cekuta) ilə bağlı dekabrın 4-də Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr keçirilib.

 

Dinləmələrin sonunda R. Sekutanın namizədliyi təsdiqlənib.

 

Trend.az