ABŞ-ın Merilend ştatında Heydər Əliyevin anım günü ilə əlaqədar xeyriyyəçilik təşkilatına ianə edilib

Posted by

ABŞ-ın Merilend ştatında Heydər Əliyevin anım günü ilə əlaqədar xeyriyyəçilik təşkilatına ianə edilib ABŞ-ın Merilend ştatında Heydər Əliyevin anım günü ilə əlaqədar xeyriyyəçilik təşkilatına ianə edilib

ABŞ-ın Merilend ştatında Heydər Əliyevin anım günü ilə əlaqədar xeyriyyəçilik təşkilatına ianə edilib

Dekabrın 12-də Merilend ştatının ən böyük xeyriyyəçilik təşkilatı olan və yoxsullara qidalanmaq imkanı yaratmaqla məşğul olan Merilend Qida Bankına (Maryland Food Bank) Heydər Əliyevin anım günü çərçivəsində Azərbaycan tərəfindən ianə edilib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Qida Bankının Hökumətlə Əlaqələr üzrə Direktoru Nensi Smitlə görüşü zamanı Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu xeyriyyəçilik aktının Heydər Əliyevin xatirəsi günü ilə əlaqədar həyata keçirilməsinin təsadüf olmadığını qeyd edərək, ümummilli liderin sosial tərəqqi və xalqın rifahına daim böyük qayğı göstərdiyini bildirib. E.Süleymanov Azərbaycan rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadiyyatının gündən günə inkişaf etməsi və bunun nəticəsində ölkə əhalisinin yaşayış səviyyəsinin tədricən yaxşılaşdığı, həmçinin yoxsulluq səviyyəsinin son 15-20 il ərzində kəskin enərək 6 %-dan aşağı olduğunu həmsöhbətin diqqətinə çatdırıb. Bundan əlavə o, Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyona qədər qaçqın və məcburi köçkünlərə hökumətin təşəbbüsü ilə müvəffəqiyyətlə həyata keçirilən proqramlar nəticəsində yeni evlərlə təmin olduqlarını bildirib.

 

N.Smit təmsil etdiyi təşkilat adından Azərbaycan hökumətinə böyük minnətdarlığını bildirib və Azərbaycanın ikinci ildir ki Merilend Qida Bankına ianə etməsini çox yüksək qiymətləndirildiyini söyləyib. Eyni zamanda o, Merilend Qida Bankının fəaliyyətindən danışaraq 1979-cu ildən fəaliyyət göstərən bu xeyriyyəçi təşkilatı vasitəsilə hər il ehtiyacı olanlara minlərlə ton qida məhsulları paylanıldığını və Merilend ştatında bu təşkilatın çox böyük nüfuza malik olduğunu söylədi.

 

Bundan sonra səfir E.Süleymanova Merilend Qida Bankının anbarı nümayiş olunub və burada aparılan fəaliyyət ilə tanış edilib.

 

Apa.az