ABŞ-ın müdafiə naziri vəzifəsinə yeni namizəd

Posted by

ABŞ-ın müdafiə naziri vəzifəsinə yeni namizəd

ABŞ-ın müdafiə naziri vəzifəsinə yeni namizəd

 

ABŞ-ın müdafiə naziri vəzifəsinə yeni namizəd

ABŞ Prezidenti Barak Obama Eşton Karteri ölkənin müdafiə naziri vəzifəsinə irəli sürüb.

 

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, E.Karter istefaya gedən Çak Heygeli əvəz etməlidir.

 

60 yaşlı E.Karter 2011-2013-cü illərdə Pentaqon rəhbərinin birinci müavini olub, son vaxtlar isə araşdırma təşkilatı olan “Amerika tərəqqisi naminə” Mərkəzdə çalışıb. O, 2009-2011-ci illərdə müdafiə nazirinin müavini olub və silah alışına görə cavabdehlik daşıyıb.

 

Əgər Senat onun namizədliyini təsdiq etsə, E.Karter B.Obama administrasiyasının hakimiyyətə gəlməsindən bəri Pentaqonun dördüncü rəhbəri olacaq.

 

Trend.az