ABŞ-ın Azərbaycandakı səfirliyi: Kaliforniya Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə ABŞ-ın siyasətini əks etdirmir
Kaliforniya ştatı Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə ABŞ-ın siyasətini əks etdirmir.
APA – nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.
“ABŞ-ın xarici siyasəti federal şura tərəfindən müəyyənləşdirilir. Ştatlar öz fikirlərini ifadə etməkdə sərbəstdir. Lakin bu fikirlər dövlətin xarici siyasətini əks etdirmir. Kaliforniya ştatı senatının qəbul etdiyi qətnamə qanunverici orqanın fikrinin ifadə edilməsidir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişmir”, – deyə məlumatda vurğulanır.
Apa.az