ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Robert Sekutanın təyinatı sentyabrın 17-də Senatda müzakirə olunacaq

Posted by

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Robert Sekutanın təyinatı sentyabrın 17-də Senatda müzakirə olunacaqABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Robert Sekutanın təyinatı sentyabrın 17-də Senatda müzakirə olunacaq

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Robert Sekutanın təyinatı sentyabrın 17-də Senatda müzakirə olunacaq

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Robert Sekutanın (Robert Francis Cekuta) Azərbaycana səfir təyin olunması ilə bağlı dinləmə keçirəcək.

 

APA-nın Senatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, dinləmələr sentyabrın 17-nə təyin olunub.

 

Həmin tarixdə ABŞ-ın digər ölkələrdə, o cümlədən Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş diplomatların təyinatı da müzakirə ediləcək. Müzakirələr senator Kris Mörfinin (Chris Murphy) sədrliyi ilə keçiriləcək.

 

Qeyd edək ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. R. Sekutanın namizədliyi Senatda təsdiqlənərsə, o, bu vəzifədə Riçard Morninqstarı əvəz edəcək.

 

Apa.az