ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Zaqatala rayonuna səfər edib

Posted by

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Zaqatala rayonuna səfər edibABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Zaqatala rayonuna səfər edib

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Zaqatala rayonuna səfər edib

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan Zaqatala rayonuna səfər edib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, diplomat Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşüb.

 

Görüşdə rayonun iqtisadi, kənd təsərrüfatı, təhsil və mədəniyyət məsələləri müzakirə edilib. Bildirilib ki, son illər Dövlət proqramları çərçivəsində Zaqatalanın infrasturukturu yenilənib, mədəni irsin qorunması istiqamətində, turizm sektorunda layihələr icra olunub. Müvəqqəti işlər vəkili Derek Hoqan və rayon rəhbərliyi daha sonra Zaqatala şəhəri ilə tanış olub, tarix-memarlıq abidələrinə baş çəkib. Daha sonra ABŞ-lı diplomat Zaqatala fındıq zavoduna gedərək müəssisənin fəaliyyəti ilə tanış olub.

 

Apa.az