ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili: “İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyuruq”

Posted by

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili: “İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyuruq”ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili: “İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyuruq”

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili: “İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyuruq”

“Azərbaycan hökuməti insan alveri qurbanlarının müdafiəsi sahəsində mühüm işlər görüb. Vətəndaş cəmiyyəti təşkilatları da insan alveri qurbanlarına dəstək verməkdədir”.

 

APA-nın məlumatına görə, bunu bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT-in Bakı Layihə Əlaqələndiricisi arasında Azərbaycanda insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq etmək və bu mübarizəni dəstəkləmək məqsədi ilə Bəyannamənin imzalanması mərasimində ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

 

D. Hoqan bildirib ki, indiyə qədər Bakıda və Gəncədə yerləşən sığınacaqlarda olub, sığınacaqdakı insan alveri qurbanları onunla fikirlərini bölüşüblər: “İnsan alveri qurbanları dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür etdilər. Ona görə də biz insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyuruq. Biz indiyə qədər 482 qurbanı yerləşdirən 3 sığınacağa yardım göstərmişik. Bundan sonra da insan alverinə qarşı mübarizədə əməkdaşlığı davam etdirəcəyik”.

 

Apa.az