ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna yeni konqresmenlər qoşulub

Posted by

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna yeni konqresmenlər qoşulub

Son günlərdə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna üç yeni Konqres üzvü qoşulub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Konqres üzvləri Ted Po (Texas), Mişel Luxan Qrişam (Nyu Meksiko) və Çarli Dent (Pensilvaniya) Azərbaycan üzrə İşçi Qrupuna üzv olmuşlar. Bununla ABŞ Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 59-a çatmışdır.

Ümumilikdə, 2013-cü il ərzində İşçi Qrupuna 17 yeni konqresmen üzv olaraq qoşulmuşdur.

Qeyd edək ki, İşçi Qrupuna son 3 üzvün cəlb olunmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olmuşdur.