ABŞ diplomatı Dağlıq Qarabağ danışıqlarında yaranan durğunluqdan məyus olduqlarını açıqlayıb

Posted by

ABŞ diplomatı Dağlıq Qarabağ danışıqlarında yaranan durğunluqdan məyus olduqlarını açıqlayıbABŞ diplomatı Dağlıq Qarabağ danışıqlarında yaranan durğunluqdan məyus olduqlarını açıqlayıb

ABŞ diplomatı Dağlıq Qarabağ danışıqlarında yaranan durğunluqdan məyus olduqlarını açıqlayıb“ATƏT-in Minsk Qrupunun həmsədrləri Bazeldə bəyanatla çıxış ediblər. Bildiyiniz kimi, Birləşmiş Ştatlar Minsk Qrupunun həmsədrlərindən biridir və ümumi bəyanat həm də Birləşmiş Ştatların mövqeyini əks etdirir”.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

 

D. Hoqan sülh danışıqlarında yaranan durğunluqdan məyus olduqlarını və narahatlıq keçirdiklərini söyləyib: “Biz hər iki tərəfi sülh danışıqları prosesinə dəstək verməyə çağırırıq”.

 

Diplomat bildirib ki, həmsədrlər bölgədə baş verən hadisələri yaxından izləyirlər və onların növbəti səfəri Azərbaycan və Ermənistan hökumətlərindən asılıdır: “Hökumətlər nə vaxt onlar üçün müəyyən tarix təyin etsələr, o zaman həmsədrlər bölgəyə səfər edəcəklər”.

 

Trend.az