ABŞ-da yəhudi icmasının ən nüfuzlu və genişmiqyaslı toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilib

Posted by

ABŞ-da yəhudi icmasının ən nüfuzlu və genişmiqyaslı toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilib

ABŞ-da yəhudi icmasının ən nüfuzlu və genişmiqyaslı toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilib

ABŞ-da yəhudi icmasının ən nüfuzlu və genişmiqyaslı toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilib

Səfir Elin Süleymanov Amerika İsrail İctimai Əlaqələr üzrə Komitəsinin (The American Israel Public Affairs Committee) ənənəvi İllik Siyasi Konfransında geniş auditoriya qarşısında çıxış edib.

Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, konfrans çərçivəsində keçirilmiş, moderatoru Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitunun Türkiyə Araşdırmaları proqramının direktoru Soner Cağaptay olan “Yeni müttəfiqlər: İsrail və Cənubi Qafqaz regionu” mövzusunda müzakirələrin digər iştirakçıları Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu nəzdində fəaliyyət göstərən İpək Yolu Araşdırmaları Proqramının direktoru Svante Kornel (Svante Cornell) və Hayfa Universitetinin baş mühazirəçisi Brenda Şaffer olub.

İlk olaraq, Azərbaycanın ABŞ-la münasibətləri haqqında məlumat verən diplomat iki dövlətin enerji sektoru, terrorçuluğa qarşı mübarizədə yaxından əməkdaşlıq etdiyini, regional inkişafı və inteqrasiyanı surətləndirəcək gündəmdə olan enerji layihələrinin reallaşmasında ABŞ-ın siyasi dəstəyinin vacib olduğunu deyib.

Səfir Elin Süleymanov Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin tarixindən bəhs edərək, bu münasibətlərin strateji müttəfiqlik xarakter almasında azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin rolunun danılmaz olduğunu bildirib.

Tarixən yəhudilərin əhalisinin əksəriyyətinin müsəlman olduğu dövlətdə dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşduğunu və qəhramanlıqla şəhid olması faktının Azərbaycan xalqının heç vaxt unutmayacağını qeyd edib.

Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini bildirən səfir yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmliyini qeyd edib və bu xüsusda, İsrail Prezidenti və xarici işlər nazirinin ölkəmizə səfərlərini xatırladıb.

Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu bildirən səfir tolerantlığın təşviqinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət ayrıldığını vurğulayıb, nəticədə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrildiyini deyib.

Daha sonra çıxış edən Svante Kornel və Brenda Şaffer beynəlxalq arenada baş verən siyasi proseslər fonunda region dövlətlərinin xarici siyasət istiqamətlərini təhlil ediblər.

Məlumat üçün bildirək ki, ABŞ-dakı yəhudi icmasının ən genişmiqyaslı toplantısı olan İllik Siyasi Konfrasda bütün ştatlardan on üç mindən çox nümayəndə iştirak edir.

 

Trend.az