ABŞ-da səfirlərin iştirakı ilə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbir keçirilib

Posted by

ABŞ-da səfirlərin iştirakı ilə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbir keçirilib

ABŞ-da səfirlərin iştirakı ilə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbir keçirilib

ABŞ-da səfirlərin iştirakı ilə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbir keçirilib

ABŞ-dakı yəhudi icmasını təmsil edən ən mühüm təşkilatlardan olan Amerika Yəhudi Komitəsi tərəfindən sentyabrın 14-də İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun iştirakı ilə tədbir keçirilib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Merilend ştatında yerləşən Bet Şolom Sinaqoqunda baş tutmuş toplantıya bu ştatın yəhudi icmasının fəal nümayəndələri və eləcə də burada yaşayan Azərbaycan icmasının təmsilçiləri qatılıblar.

 

Çıxış edən İsrail və Azərbaycan səfirləri ilk növbədə xalqlarımız və ölkələrimiz arasında uzun illərdən bəri davam edən dostluq münasibətləri və ildən-ildən genişlənib, inkişaf edən məhsuldar əməkdaşlıq haqqında fikirlərini bölüşüblər. Onlar möhkəm dayaqlara malik olan bu münasibətlərin bir çox aspektlər baxımından nümunəvi xarakter daşıdığını bəyan edib, münasibətlərin yüksələn dinamikasına nəzər salınıb, o cümlədən iki ölkənin rəhbər şəxslərinin qarşılıqlı səfərlərinin bu prosesə verdiyi töhfəni qeyd ediblər. Bu mənada, yalnız bir neçə gün əvvəl İsrailin müdafiə nazirinin Azərbaycanın müstəqillik illərində ilk dəfə ölkəmizə səfər etdiyi misal gətirilib.

 

Məruzəsi əsnasında səfir R. Harpaz toplantının baş tutduğu gündə İsrail tərəfindən ölkələrimiz arasında diplomatik və xidməti pasport sahibləri üçün viza prosedurlarının asanlaşdırılmasına dair sazişin ratifikasiya edilməsi barədə məlumat verib. O, həmçinin Azərbaycan cəmiyyətində hökm sürən dini tolerantlığı təqdir edib, müxtəlif dinlərə mənsub şəxslərin sərbəst və təhlükəsiz bir şəraitdə yaşadıqlarını vurğulayıb. İsrail diplomatı ölkəmizdə anti-semitizm hallarına rast gəlinmədiyini xüsusi olaraq qeyd edib, Azərbaycanın 30 minə yaxın yəhudi icmasının qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığını önə çəkib.

 

Öz növbəsində, Səfir E. Süleymanov dünyəvi dövlət olan Azərbaycanda din və vicdan azadlığının təmin edilməsi və dini-mədəni müxtəliflik və tolerantlığın qorunması və təşviqinə toxunaraq, Azərbaycan dövlət başçısının bu istiqamətdə müəyyən etdiyi mütərəqqi siyasət barədə danışıb.

 

Məruzələrin ardınca natiqlər İsrail-Azərbaycan münasibətləri, Avrasiya regionunda cərəyan edən hadisələr və ABŞ ilə çoxşaxəli əməkdaşlıq haqqında sualları cavablandırıblar.

 

Hazırda ABŞ-da səfərdə olan səfir Rafael Harpazın qarşıdan gələn günlərdə Vaşinqton, Filadelfiya və Nyu-York şəhərlərində İsrail-Azərbaycan münasibətlərindən bəhs edən bir sıra birgə tədbirlərdə iştirakı nəzərdə tutulur.

 

Apa.az