ABŞ-da keçirilən forumda enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji əhəmiyyəti barədə müzakirələr aparılıb

Posted by

ABŞ-da keçirilən forumda enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji əhəmiyyəti barədə müzakirələr aparılıb

ABŞ-da keçirilən forumda enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji əhəmiyyəti barədə müzakirələr aparılıb

ABŞ-da keçirilən forumda enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji əhəmiyyəti barədə müzakirələr aparılıb

Aprelin 16-da ABŞ-ın Corciya ştatının paytaxtı Atlanta şəhərində Corciya Texnologiya İnstitutunun təşəbbüsü ilə “Təbii qazın dəyişən landşaftı” mövzusunda siyasi forum keçirilib. Forumda ABŞ-ın enerji naziri Ernest Moniz, 24 il ərzində Corciya ştatını ABŞ Senatında təmsil etmiş Sam Nan, enerji sektorunda fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, aparıcı analitiklər, həmçinin Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iştirak edib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, forumda çıxış edən enerji naziri E.Moniz ABŞ hökumətinin ölkə daxilində və beynəlxalq aləmdə apardığı enerji strategiyasından, gündəmdə olan layihələrdən danışıb. O, ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinin təmininin ölkəsinin milli təhlükəsizlik məsələsi olduğunu, ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Xəzərin enerji ehtiyatlarının və xüsusilə təbii qazın nəqli yollarının şaxələndirilməsinin vacib olduğunu və bu məqsədə xidmət edən enerji layihələrinin ABŞ hökuməti tərəfindən dəstəkləndiyini bildirib.

 

Forumun “Yeni qaz erası astanasında: tendensiyalar, problemlər və imkanlar” başlıqlı panelində “TransAvropa və Avrasiya regionunda enerji təhlükəsizliyinin dəyişən mənzərəsi” mövzusunda çıxış edən səfir E.Süleymanov enerji bazarında etibarlı tərəfdaş imicini qazanmış Azərbaycanın enerji diplomatiyası barəsində qısa məlumat vermiş, bu xüsusda Xəzər dənizinin enerji ehtiyatlarının Qərbə istiqamətlənməsinin əsasını qoyan “Əsrin müqaviləsi”ndən bəhs etmişdir.

 

Səfir E. Süleymanov enerji ehtiyatlarına sahib olmaqla bu ehtiyatlardan səmərəli istifadənin strateji yanaşmaya əsaslandığını, Azərbaycan hökumətinin bu xüsusda verdiyi strateji qərar və seçimlərindən bəhs edərək hazırda reallaşdırılmaqda olan irimiqyaslı enerji layihələrinin Azərbaycan hökumətinin strateji baxış və siyasi iradəsini təcəssüm etdirdiyini söyləyib.

 

Paneldə Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Enerji və Milli Təhlükəsizlik Proqramının direktoru Sarah Ladislav “Dəyişən qlobal və milli landşaft: Ümumi baxış” mövzusunda çıxış edərək, yaxın gələcəkdə ABŞ-ın təbii qaz ehtiyatlarının ixracının mümkün olacağını, lakin qiymətlərin münasibliyi baxımından bu ixracın əsasən Asiya bazarını cəlb edəcəyini deyib. Onun fikrincə, Azərbaycan qazının Avropa üçün strateji əhəmiyyəti aktuallığını uzun müddət saxlayacaq.

 

Qeyd edək ki, Atlanta şəhərinə səfəri çərçivəsində E. Süleymanov 1885-ci ildə əsası qoyulmuş və ABŞ-ın aparıcı araşdırma mərkəzlərindən biri olan Corciya Texnologiya İnstitutu nəzdindəki Beynəlxalq münasibətlər üzrə Sam Nan Mərkəzində Azərbaycanın enerji diplomatiyası barəsində çıxış edib.

 

Apa.az