ABŞ azərbaycanlıları icmasının üzvləri ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliklə görüşmüşlər

Posted by

Vaşinqtonun və ətraf bölgələrin azərbaycanlılar icmasının üzvlərindən ibarət nümayəndə heyəti ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliklə görüşmüşdür.

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) tərəfindən aprelin 18-də ABŞ Dövlət Departamentinin binasında təşkil edilmiş görüşdə ABŞ azərbaycanlıları icmasının üzvləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etmiş və bu münaqişənin tezliklə, sülh yolu ilə tənzimlənəcəyinə ümid etdiklərini bildirmişlər.

Keçən ilin ikinci yarısında Ceyms Uorlik ABŞ-ın xüsusi nümayəndəsi vəzifəsinə təyin edildiyi vaxtdan ABŞ azərbaycanlıları icmasının fikrincə, sülh danışıqlarında əldə edilmiş irəliləyiş və xüsusi nümayəndənin işinin yekunları da müzakirə edilmişdir.

Xüsusi nümayəndə Ceyms Uorlik azərbaycanlılar icmasının əslən Azərbaycanın Qarabağ bölgəsindən olan və 1992-1994-cü illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş etnik təmizləməyə məruz qalmış üzvlərinin mülahizələrini səmimi qəbul etmişdir.

Xatırladaq ki, Ceyms Uorlik ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri vəzifəsinə 2013-cü il avqustun 5-də ABŞ Dövlət katibi Con Kerri tərəfindən təyin edilmişdir.

AzərTac.az