“Ağacların kəsilməsinə yox!” birgə proqramı çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb

Posted by

"Ağacların kəsilməsinə yox!" birgə proqramı çərçivəsində "Təbiətə təcili yardım" qaynar xətti və mobil qrupu yaradılıb

“Ağacların kəsilməsinə yox!” birgə proqramı çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb

"Ağacların kəsilməsinə yox!" birgə proqramı çərçivəsində "Təbiətə təcili yardım" qaynar xətti və mobil qrupu yaradılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, beləliklə, vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsi ilə şikayət və təkliflərini IDEA İB-yə çatdıra bilərlər.

Vətəndaşlara qanunsuz ağac kəsimi ilə bağlı müraciətlərini IDEA İctimai Birliyinin rəsmi internet səhifəsinə (http://ideacampaign.org/az/file_uploads_aze.html) daxil olmaqla ünvanlamaq imkanı da verilib. Problemi daha dəqiq işıqlandırmaq üçün ağac kəsilən ərazinin fotolarını da veb-səhifəyə yükləmək mümkündür.

Proqram çərçivəsində yaradılmış mobil qrup daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplayacaq. Şikayət və təkliflər araşdırıldıqdan sonra toplanmış sübut və materiallar hadisə ilə bağlı qərar verilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək. IDEA göndərilən müraciətlərdə öz əksini tapan problemlərin həlli prossesini izləyəcəkdir.

Qeyd edək ki, IDEA-ya daxil olan bütün müraciətlər təşkilatın rəsmi veb səhifəsində (http://ideacampaign.org/az/first_aid_to_the_nature/) xüsusi anket formalarda yer alacaq. Vətəndaşlar burada daxil olan müraciətlərlə yaxından tanış ola, onların gedişatını izləyə biləcəklər.

 

Trend.az