AŞ-nin baş katibi vəzifəsinə namizədlərlə Bakıda dinləmələrin keçirilməsi nəzərdə tutulur

Posted by

AŞ-nin baş katibi vəzifəsinə namizədlərlə Bakıda dinləmələrin keçirilməsi nəzərdə tutulur

AŞ-nin baş katibi vəzifəsinə namizədlərlə Bakıda dinləmələrin keçirilməsi nəzərdə tutulur

AŞ-nin baş katibi vəzifəsinə namizədlərlə Bakıda dinləmələrin keçirilməsi nəzərdə tutulur

Avropa Şurasının (AŞ) baş katibi vəzifəsinə namizədlərlə Bakıda dinləmələrin keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə məlumat Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bürosu və Daimi Komitəsinin fəaliyyətinə dair hesabatda yer alıb.

Sözügedən hesabatda qeyd olunur ki, AŞ Nazirlər Komitəsi tərəfindən təqdim olunan qətnaməni nəzərə alaraq, cari il martın 6-da Parisdə keçirilən iclasında Büro Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində özünün mayın 22-də Bakıda keçiriləcək iclası zamanı Avropa Şurası baş katibi vəzifəsinə namizədləri dinləmələrə dəvət etməyə qərar verib.

Qeyd edək ki, AŞ-nin baş katibi vəzifəsinə üç namizəd irəli sürülmüşdü. Bunlar təşkilatın hazırkı baş katibi Torbyorn Yaqland (Norveç), Sabin Loythoysser-Şarrenberq (Almaniya, keçmiş ədliyyə naziri) və Jan-Klod Minyon (Fransa, AŞ PA-nın keçmiş sədri) olmuşdu. Avropa Şurası Nümayəndələr Komitəsinin cari ilin fevralın 21-də Strasburqda keçirilən iclasında təşkilatın baş katibi postuna namizədlərlə bağlı keçirilən səsvermədə T.Yaqland və S.Loythoysser-Şarrenberq daha çox səs toplamışdı. AŞ PA-nın keçmiş sədri Jan-Klod Minyon (Jean-Claude Mignon) az səs topladığına görə mübarizədən kənarda qalmışdı.

Xatırladaq ki, AŞ-nin baş katibi postuna namizədlərlə bağlı müsahibə 19 fevral tarixində keçirilmişdi.

AŞ-nin baş katibi postuna seçkilərin proseduruna görə iki namizədin siyahısı Avropa Şurası Parlament Assambleyasına təqdim olunur.

 

Assambleya özünün cari il 23-27 iyun tarixində keçiriləcək yay sessiyası zamanı iki namizəd arasından beş il müddətinə təşkilatın yeni baş katibini seçəcək.

Təşkilatın hazırkı baş katibi T.Yaqland bu postda 2009-cu ilin oktyabrından çalışır.

 

Trend.az