Aİ Azərbaycanda pensiya-sığorta sistemindəki islahatları dəstəkləyəcək

Posted by

Azərbaycan və Avropa İttifaqı (Aİ) pensiya-sığorta sahəsində yeni tvininq layihə üzərində çalışır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə günü Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

Onun sözlərinə görə, indi ekspertlər səviyyəsində Latviya və Almaniyadan olan tərəfdaşlarla iş gedir. Layihənin dəyəri hələlik müəyyənləşdirilməyib.

Layihə çərçivəsində Azərbaycana özəl pensiya fondlarının işi üçün qanunvericiliyin hazırlanması, sistemin yığım komponentinin tətbiqi və Azərbaycanda pensiya-sığorta sisteminin inkişafı ilə bağlı bir sıra digər məsələlərə kömək göstəriləcək.

E.Mehdiyevin sözlərinə görə, tərəflər yaxın vaxtlarda layihənin reallaşdırılmasına başlamaq haqqında saziş imzalayacaqlar.