Xüsusi nümayəndə: Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı üçün çox vacib məsələdir

Posted by

Xüsusi nümayəndə: Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı üçün çox vacib məsələdirXüsusi nümayəndə: Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı üçün çox vacib məsələdir

Xüsusi nümayəndə: Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı üçün çox vacib məsələdir

“Biz hər zaman qeyd edirik ki, Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı üçün çox vacib məsələdir”. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahında görüşdə deyib.

O, qeyd edib ki, Aİ münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir.

H.Salber, həmçinin Bakıda olmaqdan və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşün təşkil olunmasından çox böyük məmnunluq hissi keçirdiyini bildirib.

Görüşdə icmanın sədri Bayram Səfərov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumların hələ də ikili standartları davam etdir.

Həmçinin B.Səfərov qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yaxın zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti həll olunmalıdır: “Biz bu istiqamətdə həm Aİ-dən, həm də digər beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik”.

Eyni zamanda, Dağlıq Qarabağın azərbaycanlı icmasının Əlaqləndirmə şurasının sədri Orxan Əkbərov qeyd edib ki, Aİ-nin bu münaqişənin həll olunmasında daha yaxından fəaliyyət göstərməsi zəruridir. Münaqişənin həlli üçün Aİ-nın dəstəyi və səyi nəticəsində icmalararası dialoqların təşkil olunması, Aİ-nin bu istiqamətdə mövcud proqram və layihələrində tərəflərin daha aktiv iştirakının təmin olunması vacibdir.

 

Trend.az