Cəmiyyətin həyatında bələdiyyələrin rolu ilbəil artır

Posted by

Cəmiyyətin həyatında bələdiyyələrin rolu ilbəil artırCəmiyyətin həyatında bələdiyyələrin rolu ilbəil artır

Cəmiyyətin həyatında bələdiyyələrin rolu ilbəil artır

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirilib.

AzərTAc xəbər verir ki, Bilik Fondunun, MSK əməkdaşlarının və ali məktəb tələbələrinin iştirak etdikləri görüşdə yerli özünüidarəetmə orqanlarına seçki proseduru haqqında məlumat verilib, Bilik Fondunun bu sahədə əhali arasında aparacağı maarifləndirici tədbirlər müzakirə olunub.

Tədbiri açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov inkişaf etmiş cəmiyyətlərdə demokratik seçkinin rolundan və qarşıdakı bələdiyyə seçkilərinə hazırlıq işlərindən danışıb. Dövlətçilik ənənələrinin qorunmasında, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında gənclərin rolunu vurğulayan O.Səmədov seçki ərəfəsində rəhbərlik etdiyi qurumun ölkə əhalisinin maarifləndirilməsi işində fəallıq göstərəcəyini vurğulayıb. O, qeyd edib ki, artıq Fondun Azərbaycanın müxtəlif bölgələrində gənclərlə iş aparan 70-dən çox nümayəndəsi vardır və onların vasitəsilə maarifləndirmə işləri daha da genişlənəcəkdir.

Bütün sahələrdə olduğu kimi, seçki prosesində də əhalinin maarifləndirilməsinə böyük ehtiyac olduğunu vurğulayan Məzahir Pənahov önəmli missiya daşıyan Bilik Fondunun yaradılmasını yüksək qiymətləndirib.

MSK sədri, həmçinin diqqətə çatdırıb ki, ölkəmizdə yerli özünüidarəetmə institutlarının mövcud olduğu 15 il ərzində zəngin təcrübə qazanılıb. Bələdiyyələrin cəmiyyətin həyatındakı rolu ilbəil artıb. İlin sonlarında bələdiyyələrin səlahiyyət müddəti başa çatır. Buna görə də Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməli və respublika üzrə 1607 bələdiyyəyə 15 min 35 üzv seçilməlidir.

Sonda MSK sədri tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, oktyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-nə təyin edilməsi barədə qərar qəbul olunub.

 

AzərTac/az